8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Bizim üçün vacib qələbə idi”

“Futbolçularım bu gün xarakter nümayiş etdirdilər. PAOK-la oyundan sonra bu matça köklənmək çətin idi. Bəlkə də “Zirə” bu gün məğlubiyyətə layiq deyildi. Amma bizim üçün vacib qələbə idi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə” ilə oyundan sonra (0:2) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Ağdam klubunun kapitanı Rəşad Sadıqovun “Zirə”yə qarşı oynamamasının səbəbini belə izah edib: “Rəşad zədədən yeni qayıdıb. Bu gün süni örtükdə oynadığımızdan, onu meydana buraxaraq, riskə getmək istəmədim”.

Qurbanov “Zirə”nin komandası üçün asan rəqib olması il bağlı sualı belə cavablandırıb: “Belə demək olmaz. Bu komandaya cəmi 2 dəfə asanlıqla qalib gəlmişik. Sadəcə, biz yuxarı yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, bu cür oyunlarda maksimum xal qazanmalıyıq. Ancaq bu gün “Zirə” yaxşı təsir bağışladı”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30