8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"AZAL Arena"da gərginlik: Əhmədov söydü, Qriqorçuk qovuldu

Topaz Premyer Liqasının XI turu çərçivəsində AZAL öz meydanında “Qəbələ”ni qəbul edir. Futbolxeber.az saytının “AZAL Arena”da olan əməkdaşının verdiyi məlumata görə, qarşılaşmanın ilk dəqiqələri çox gərgin alınıb.

Matçın 11-ci dəqiqəsində İlqar Ələkbərov “Qəbələ”nin üzvü Filip Ozobiçə qarşı kobud oynayıb. Nəticədə hakim AZAL-ın futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Ələkbərov yerdə olan rəqib futbolçuya yenidən kobudluq edib. Bunun ardınca isə Ozobiç söyüş söyüb. Başda Roman Qriqorçuk olmaqla “Qəbələ”nin ehtiyat oyunçular skamyasında olanlar hakimə və AZAL-ın futbolçusuna etirazlarını bildiriblər. Ukraynalı mütəxəssis Ələkbərovun meydandan qovulmasını tələb edib.

Az sonra meydanda yenidən gərginlik yaranıb. Bu dəfə diqqət mərkəzində baş məşqçilər olub. Tərlan Əhmədovun futbolçularını kobudluğa səsləməsi Qriqorçukun etirazına səbəb olub. AZAL-ın çalışdırıcısı ukraynalıya qarşı söyüş söyməkdən də çəkinməyib. Lakin matçın baş hakimi insidentə görə Roman Qriqorçuku meydandan uzaqlaşdırıb.

Qeyd edək ki, qarşılaşmada hazırda 0:0-dır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30