29 May 2024, Çərşənbə
Renat Dadaşov "Hatayspor"dan ayrıldı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında

Ölkə futbolu

Rövnəq Abdullayevin oğlu yenə böyükhesablı qələbəyə şahidlik etdi

I divizionun IX turunun son matçında “Səbail” öz meydanında “Şahdağ”ı qəbul edib. Futbolxeber.az saytının məlumatına görə, “Bayıl Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Səbail”in Müşahidə Şurasının sədri, AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev mövsümdə ikinci dəfə komandasının oyununa stadiondan tamaşa edib. Maraqlıdır ki, klub rəhbərinin stadiona ikinci gəlişi də komandasının böyükhesablı qələbəsi ilə başa çatıb. Belə ki, ikinci turda Rəşad Abdullayevin canlı izlədiyi oyunda “Səbail” MOİK-i darmadağın etmişdi - 4:1.

Digər maraqlı bir məqam "Səbail"in azarkeşləri ilə bağlıdır. Belə ki, "Bayıl Arena" məskunlaşan komandanı ilk dəfə olaraq azsaylı fan-qrup üzvləri dəstəkləyib. Belə demək mümkünsə, bu matçda "Səbail"in fan-qrupu ilk dəfə ilk dəfə iş başında olub. 40-50 azarkeşin doldurduğu sektorun əsasını azyaşlılar təşkil edib. Amma buna baxmayaraq, onlar dayanmadan komandanı sona qədər qələbəyə səslədilər. Hakimin final fitindən sonra isə baş məşqçi Elman Soltanovun göstərişi ilə futbolçular fanatlara minnətdarlıqlarını bildiriblər.

Bir müddətdir sıradan çıxan "Bayıl Arena"nın tablosu bu matça da qaranlığa qərq olmuşdu. Güclü yağışın sıradan çıxardığı tablo hələ də işləmir...

FƏRƏC

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir" 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31