28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Qriqorçuk: “Qələbəni rəqibə hədiyyə etdiyimizi söyləməzdim”

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Qəbələ” - “Sent-Etyen” (Fransa) oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis yenilgini belə şərh edib:

“Sent-Etyen”lə görüş cari mövsümdə 4-cü qrup oyunudur. İlk dəfə top-çempionat komandası ilə bərabər oynadığımızı deyə bilərəm. Bu, komandamızın inkişaf etdiyini göstərir. Bu məni sevindirir. Ümid edirəm ki, bu inkişaf davam edəcək.

Qələbəni rəqibə hədiyyə etdiyimizi söyləməzdim. Yalnız ikinci qol kobud səhvdən sonra vuruldu. Mən bu səhvə görə Rəşad Sadiqovu qınamıram. Ona dəstək olmağa çalışıram. Bunu unutmağı tövsiyə edirəm. Rəşad bizim üçün vacib oyunçudur. İndi hər futbolçu haqda danışa bilərik.

Teo Uiks bu gün pis oynamadı. Özü üçün doğma olmayan dayaq yarımmüdafiəçisi mövqeyində kifayət qədər yaxşı çıxış etdi. Ona hər hansı irad bildirmək olmaz.

Bu turnirdə çıxış etdiyimiz üçün şadıq. Mərhələ keçmək şansımız qalmasa da, nə isə öyrənmək imkanımız var. Özümüzdən bəhs etdirməyə, futbolçularımızın özünü mütəxəssislərin gözündə yüksəltməsi üçün şansımız var. UEFA Avropa Liqasındakı hər qarşılaşma vacibdir. Mərhələ adlamaq şansımız olmadığı üçün son iki görüşə motivasiyasız çıxmayacağıq. Öncədən də şansımızın az olduğunu bilirdik. Mənim üçün də, futbolçular üçün də hər qarşılaşma çox vacibdir. Hansısa oyunçumuzun meydana motivasiyasız çıxdığını görsəm, buna təəccüblənərəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31