29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ” və “Qarabağ” Avroliqada ötənilki çıxışına görə nə qədər qazanıb?

UEFA ötən mövsüm Avroliqanın qrup mərhələsində iştirak edən klubların qazancını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, siyahıda “Qarabağ” və “Qəbələ”nin də adı var.

Ağdam klubu 3.308.303 avro gəlir əldə edib. Bu məbləğin 2,4 milyonu qrup mərhələsində iştiraka görədir. 524.600 avronu “Qarabağ” qrup mərhələsindəki çıxışına görə qazanıb. 383.703 avro isə teleyayımın payına düşür.

“Qəbələ”nin qazancı isə 3.022.565 avrodur. Bu məbləğin 2,4 milyonunu qrup mərhələsində iştirak təşkil edir. Roman Qriqorçukun komandası 240.000 avronu qrup mərhələsindəki çıxışına, 382.565 avronu isə teleyayımdan əldə edib.

Qeyd edək ki, UEFA-nın ödədiyi ümumi məbləğ 411.160.000 avrodur.

Bu məbləğdən ən çox finala kimi irəliləyən “Luverpil”a pay düşüb - 37.850.000 avro. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31