29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Ən yaxşı qolun müəllifi: “Komanda yoldaşlarıma qonaqlıq verəcəyəm”

“Peşəkar Futbol Liqasına təşəkkür edirəm. Belə bir layihənin olması sevindirici haldır”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri I divizionda sentyabr ayının ən yaxşı qolunun müəllifi Qeyrət Qəmbərov deyib.

“Şəmkir”in kapitanı sorğuda ona səs verən hər kəsə təşəkkürünü bildirib: “Adətən I divizion kölgədə qalır. Şadam ki, bu cür layihələr var. Belə layihələrin olması oyunçuların stimulunu bir qədər də artırır. Sorğuda mənə səs verən hər kəsə minnətdaram”.

22 yaşlı futbolçu qalib olacağına əvvəldən inandığını söyləyib: “Təvazökarlıqdan uzaq olsa da, qalib olacağımı gözləyirdim. Hesab edirəm ki, vurduğum qol digərləri ilə müqayisədə daha baxımlı idi”.

Qəmbərov “500 manatlıq mükafatı necə xərcləyəkcən” sualını belə cavablandırıb: “Qazandığım pulla komanda yoldaşlarıma qonaqlıq verəcəyəm”.

Gənc oyunçu “Şəmkir”in kapitanı olmasından da söz açıb: “Təbii ki təcrübəli futbolçuların yer aldığı komandanın kapitanı olmaq çətindir. Kapitan həm də komandanı belində daşımalıdır. Məsuliyyətimi dərk edirəm və əlimdən gələni edirəm”,

Ən yaxşı qolun müəllifi “Şəmkir”in çıxışına da toxunub: “Çox yaxşı komandamız var. Klub rəhbərliyi, məşqçilər korpusu uğur qazanmaq üçün əlindən gələni edir. Biz də etimadı doğrultmağa çalışırıq. Bu gün oyunum zəif alındı. Lakin futbolda hər maçtda yüksək səviyyədə çıxış etmək çətindir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31