9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Müşviq Qəmbərov: “İstefamın səbəbini açıqlaya bilmərəm”

“Şəmkir”i qələbə münasibəti ilə təbrik edirəm. Meydança ideal vəziyyətdə deyildi. Belə qazonda işimiz çətin idi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Müşviq Qəmbərov deyib.

I divizionun 8-ci turunda “hərbçirlə” səfərdə “Şəmkir”ə 0:1 hesabı ilə uduzub.

Gənc məşqçi məğlubiyyətə baxmayaraq, futbolçularından razılıq edib: “Qoldan sonra qırmızı vərəqə almağımız oyun planını pozdu. İkinci hissədə layiqli mübarizə apardıq. Futbolçularımdan razıyam”.

MOİK-in çalışdırıcısı “Şəmkir”ə məğlubiyyətdən sonra istefa verməsinin səbəbini belə açıqlayıb: “İstefa verdim. Bunun səbəbini açıqlaya bimərəm. “Zaqatala” ilə oyundan sonra bu qərara gəlmişdim. Bu gün sadəcə komandamın yanında olmaq istədim. Klub rəhbərliyinə mənə verdikləri dəstəyə görə minnətdaram. Komandamı yarıyolda qoyub getmirəm”.

O, rəhbərliyi altına 10 ay ərzində MOİK-in pis çıxış etmədiyini bildirib: “10 ay ərzində MOİK-dəki fəaliyyətim mənim üçün böyük təcrübə oldu. Futbolçularıma təşəkkür edirəm ki, 10 ay ərzində bacardıqlarını etdilər. 70 faiz işimin öhdəsindən gəldiyini düşünürəm. Daha əvvəl MOİK-ə autsayder gözü ilə baxırdılar. Çalışdığım müddətdə komandaya rəng qatdığımı düşünürəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30