Ölkə futbolu
Ramin Musayev: “Futbolçunun pişiyə də toxunmağa ixtiyarı yoxdu”
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi
- Topaz Premyer Liqasının IX turunda keçirilən “Neftçi” - “Qarabağ” (0:2) matçının son dəqiqələrində baş verən xoşagəlməz hadisənin görüntülərini yəqin ki, izləmisiniz. “Neftçi”nin futbolçusu Katalin Tiranın meydana daxil olan azarkeşi vurmasına nə ad vermək olar?
- Hər iki şəxsin hərəkəti düzgün deyil. Nə “Neftçi” azarkeşinin, nə də futbolçusunun. Dünyanın hər yerində azarkeş stadiona daxil ola bilər və hər yerdə bu hal baş verir. Azarkeş olmasın, hər hansı bir canlı meydançaya daxil olursa, heç bir futbolçunun ona toxunmağa ixtiyarı yoxdu. Həmin oyunçu əgər Avropadan gəlibsə, peşəkar futbolçudusa, o hərəkəti etməməlidi. Edibsə, cəzasını alacaq.
- Tira şəxsi hesabında yazıb ki, elə bildim, “Qarabağ”ın azarkeşidi. Həmin şəxs “Qarabağ”ın fanatı olsaydı belə, futbolçunun bu hərəkətə əl atması qəbuledilməz deyilmi?
- Əlbəttə, qəbuledilməzdi. Hansı klubun azarkeşi olur-olsun, fərqi yoxdu. Üzr istəyirəm, hətta orda pişik də olsaydı, futbolçunun ona toxunmağa ixtiyarı yoxdu. Həmin oyunçu dərhal qırmızı vərəqə ilə cəzalandırılmalıdı, hakim də düzgün qərar qəbul etdi. O futbolçunun peşəkar olmasına mən artıq şübhə ilə yanaşıram. Peşəkar futbolçu bu hərəkətə yol verməməli idi.
- Başqa ölkədən gəlib yerli azarkeşi vuran bir futbolçunu burda saxlamaq nə dərəcədə doğru olar?
- Gəlin, bunu siyasiləşdirməyək. Lap olsun yerli futbolçu. Onun peşəkarlığı, dünya görüşü olsaydı, azarkeşlə bu cür davranmazdı. Azarkeş oyuna baxmaq üçün stadiona gəlir. Mən ona bəraət qazandırmıram. Ancaq o, artıq öz səhv addımını atdı. Həmin səhvin qarşısında futbolçunun da səhv addım atması qarşı tərəfin qeyri-peşəkarlığından xəbər verir. Düzgün hərəkət deyil.
- Hadisə polis əməkdaşının gözü qarşısında baş verdi. Polislər həmin hərəkətə görə, Tira ilə bağlı yerindəcə hansısa tədbir görə bilərdimi?
- Dünya praktikasında belədi ki, əgər ciddi xətər olmursa, hüquq-mühafizə orqanları futbolçunu heç vaxt dəvət etmirlər, sorğu-sual aparmırlar. Hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyinin əməkdaşları orda idilər. Əgər ciddi xətər yetirilsəydi, onlar futbolçunu yüz faiz çağırardılar.
- Topaz Premyer Liqasının III turunda “Qəbələ” - “Sumqayıt” matçında azarkeş meydana daxil olmuşdu və bu hal dünən də təkrarlandı. Bütün bunlar stadionlarda təhlükəsizliyin lazımınca təmin olunmamasından xəbər vermirmi?
- Təsəvvür edin ki, futbolda son dəqiqələrdi, hamı diqqətlə oyunu izləyir. Fikir verdinizsə, “Qəbələ”nin oyununda azarkeşin əynində futbolçunun üst geyiminin başqa rəngi, qırmızı idi. Bəlkə də, hüquq-mühafizə orqanlarının əməkdaşları elə bilib ki, o, “Qəbələ”nin işçilərindəndi. “Neftçi”nin dünənki qarşılaşmasında da istisna olmadı. Bu üzdən elə bir diqqət cəlb etmirdi. Ola bilsin ki, azarkeşi səhv salıblar. Sadəcə, ani epizoddu. Dünyanın hər yerində olur. Bunu hüquq-mühafizə orqanlarının ayağına yazmayaq.
Mənbə: apasport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi