9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Məşqçilər Komitəsinin üzvləri Gəncədə olub

AFFA-nın Məşqçilər Komitəsi (MK) Gəncəyə səfər edib. Futbolxeber.az saytının məlumatına görə, assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, MK-nin sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov ilə Şakir Qəribov "Kəpəz" Peşəkar Futbol Klubunda uşaq yaş qruplarında çalışan məşqçilər heyəti ilə görüşüb.

Son bir ildə ikinci dəfə Gəncəyə gələn qonaqlar klubdakı vəziyyətlə maraqlanıb, uşaq futbolunun inkişafı istiqamətində görülən işlərlə tanış olublar.

"Kəpəz” PFK-nın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Cabir İbrahimovun da iştirak etdiyi görüş qarşılıqlı fikir mübadiləsi və müəyyən məsələlər ətrafında müzakilərlərlə davam etdirilib.

Xatırladaq ki, iki gün Nizami yurdunda olan nümayəndə heyəti Gəncə şəhər stadionunun məşq şəraitini öyrənərək, ayrı-ayrı yaş qrupları üzrə komandaların hazırlıq prosesində olublar. Həmçinin, AFFA-nın təşkilatçılığı ilə keçirilən Azərbaycan birinciliyinin Gəncə zonası üzrə yarışları izləyiblər.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30