29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

UEFA-nın yeni reytinq cədvəli: “Qarabağ” 125-ci, “Neftçi” 158-ci, “İnter” 222-ci, “Qəbələ” isə...

UEFA Avropa klublarının yeni reytinq cədvəlini açıqlayıb. Futbolxeber.az saytının məlumatına görə, 453 klubun yer aldığı siyahıda Azərbaycanın 7 təmsilçisi var.

Klublarımız arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam klubu siyahıda 125-cidi. Qurban Qurbanovun komandasının aktivində 13,850 reytinq balı var.

Digər klublarımıza gəldikdə, “Neftçi” 158-ci (9,600), “İnter” 222-ci (5,850), “Qəbələ” 236-cı (5,600), “Xəzər Lənkəran” 284-cü (4,350), “Kəpəz” 305-ci (3,850), “Bakı” isə 313-cü (3,600) yeri tutur.

UEFA reytinqinə “Real” başçılıq edir. Madrid klubunun hesabında 150.056 reytinq balı var. “Bavariya” (138.928) ikinci, “Barselona” (136.056) isə üçüncü yeri tutur. İlk “10-luq”da həmçinin “Atletiko” (121.056), “Yuventus” (114.699), PSJ (113.399), Dortmund “Borussiya”sı (109.928), “Çelsi” (104.249), “Benfika” (100.933) və “Sevilya” (100.056) yer alıb.

Qeyd edək ki, klubların əmsalları onların son 5 mövsümdəki çıxışlarına əsasən hesablanıb. Bunun 20 faizi daxili birincilikdəki çıxışın payına düşür.

Tam reytinq siyahısı ilə aşağıkı linkdə tanış ola bilərsiz.

http://ru.uefa.com/memberassociations/uefarankings/club




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31