9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

UEFA prezidenti: "Azarkeşlər üçün Azərbaycana getmək problem deyil"

“Portuqaliyadan Azərbaycana getmək, misal üçün, Nyu-Yorka getmək kimi bir şeydir”. Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu UEFA prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının final maçtının gələcəkdə Avropadan kənarda keçirilməsinin mümkünlüyü ilə bağlı danışarkən deyib.

O bildirib ki, Avropanın bəzi ölkələri arasında məsafə çox olduğundan, bu cür addım atmaq mümkündür: "Azarkeşlər üçün bu, əlbəttə, problem deyil, amma görək necə olur?! Çempionlar Liqası Avropa miqyaslı yarışıdır və ona görə də məsələni ciddi götür-qoy etmək lazımdır".

A.Çeferin bunun üçün başqa bazarlar barədə düşünməyin lazım olduğunu bildirib: "Bunu necə edəcəyimizi hələ bilmirəm. Çin maliyyə baxımından inkişaf etmiş bir ölkədir, Amerika isə o qədər də yox. Ancaq futbol hər yerdə inkişaf edir".

Qeyd edək ki, 2016/2017 mövsümünün finalı 2017-ci il iyunun 3-də Uelsin Kardif şəhərindəki "Milenium" stadionunda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30