29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Rahid Əmirquliyev: “Çalışacağıq ki, səfərdən də üç xalla qayıdaq”

“Bizim üçün çox çətin oyun keçdi. PAOK bu mövsüm rəsmi oyunlarda uduzmamışdı. Bu səbəbdən oyuna çox yaxşı hazırlaşmışdıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri PAOK-la oyundan sonra “Qarabağ”ın yarmmüdafiəçisi Rahid Əmirquliyev deyib.

Təcrübəli futbolçu 2:0 hesabı ilə qalib gəldikləri oyunun həlledici olmadığını bildirib: “Deməzdim ki, PAOK-la oyun həlledici idi. Çünki qarşıda daha üç oyunumuz var. Bir tərəfdən də PAOK-a uduzsaydıq, şanslar azalırdı”.

Əmirquliyev vurduğu qolla bağlı sualı belə cavablandırıb: “Qapıçını keçmək istəyirdim. Sonradan gördüm ki, müəyyən boşluq var və zərbə endirdim”.  

O, cavab oyununda da qələbə qazanmağa çalışacaqlarını bldirib: “İndi qarşıda “Neftçi” ilə oyunumuz var. Artıq həmin matçı düşünməliyik. PAOK-la səfər görüşümüz çətin keçəcək. Amma çalışacağıq ki, səfərdən də üç xalla qayıdaq”.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31