9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Asif Məmmədov: “Bakıda “Sent-Etyen”i məğlub edə bilərik”

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun səfər matçında “Sent-Etyen”lə (Fransa) qarşılaşıb. 

Futbolxeber.az saytının məlumatına görə, meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnən görüşdən sonra “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Asif Məmmədov matç haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Oyundan əvvəl rəqibi təhlil edib, bu komandadan xal almağın mümkünlüyünü görmüşdük. Qarşılaşmanın gedişi də bunu göstərdi. Düzdür, müdafiədə bir az çox oynayırdıq. Lakin bu da səfərdə çıxış etməyimizlə bağlıdır ki, normal qarşılanmalıdır. Görüş 0:0 hesabı ilə başa çata bilərdi. Amma bəxtsizlikdən öz qapımıza vurulan qol xal qazanmağımıza mane oldu. Heyətdəki itkilər də oyunumuza təsirini göstərdi. Tam heyətlə oynayıb, “Sent-Etyen”lə Bakıdakı matçda nəinki 1, hətta 3 xal da qazana bilərik. Oyunu ümumilikdə normal səviyyədə keçirdik. Xal qazanmağımıza səfərdə oynamağımız və “Sent-Etyen”in adı mane oldu. Hərçənd oyun vaxtı hiss etdik ki, bu komandaya qalib gəlmək də olar. Amma həddən artıq top itirdik. Daha inamlı oynayıb, topa nəzarət etməliydik. Fikrimcə, avtoqol qeydə alınmasaydı, rəqib qapımıza yol tapa bilməyəcəkdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30