9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Ronaldinyo: "Qəbələ"dən təklif alsam, razılaşaram? Niyə yox?!"

"Eşitmişəm ki, Azərbaycan millisi seçmə mərhələyə yaxşı başlayıb. Yığmanızın aktivində 7 xal var. Hazırda özüm Bakıdayam və Azərbaycan futbolu ilə yaxından tanış olmaq istəyirəm". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri braziliyalı ulduz Ronaldinyo deyib.

O, gələcəkdə Azərbaycan və Braziliya milliləri arasında yoxlama görüşü keçiriləcəyi halda, bu təşəbbüsə dəstək verməyə hazır olduğunu bildirib.

Ulduz futbolçu "Qəbələ"yə mümkün keçidi ilə bağlı sualı da cavablandırıb: "Karyeramı bitirib-bitirməyəcəyim barədə qərar verməmişəm. "Qəbələ"dən təklif alsam, bununla razılaşaram? Niyə də yox?!"

Hazırda Messini dünyanın ən yaxşısı hesab etdiyini bildirən Ronaldinyo, özünün Pele və Maradonadan gri qalmadığını qeyd edib.

Tanınmış futbolçu azərbaycanlı uşaqlara da məsləhət görüb: "Uşaqlar nə qədər tez məşqlərə başlasalar, bir o qədər yaxşıdır. Məşqlərinə ciddi yanaşmalıdırlar. Məşqə hamıdan əvvəl gedib, hamıdan sonda getməlidirlər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30