Ölkə futbolu
Qurban Qurbanov: “Məğlubedilməz komanda yoxdu”
“Qrupda 3-cü oyunumuzu keçirəcəyik. Bizim üçün həddindən artıq əhəmiyyətli matçdı”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Liqasının qrup mərhələsində çıxış edən Ağdam klubu növbəti oyununu sabah öz meydanında PAOK-a qarşı keçirəcək. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov matçdan öncə keçirdiyi mətbuat konfransında bu fikirləri səsləndirib: “Yaxşı nəticə əldə etmək üçün ən doğrusunu etməyə çalışmalıyıq. Komandamız oyuna hazırdı. Düzdü, bəzi itkilərimiz var. Buna rəğmən, hazırıq. Hər bir oyunçu ilə ətraflı söhbətimiz olub. Rəqibi sabahkı matça qədər yenə də təhlil edəcəyik. PAOK-un 4 xalı var. Çalışacağıq ki, sabah yaxşı oynayaq”.
- PAOK son vaxtlar səfərdə keçirdiyi 6 oyunun heç birində uduzmayıb. “Qarabağ” nəyin sayəsində rəqibə yerini göstərə bilər?
- Məğlubedilməz komanda yoxdu. Hər komandanın pik vaxtı olur. Görürsən ki, müəyyən müddət uğurlu nəticə əldə edir. Bunu nəzərə almışıq. Rəqib nə qədər ciddi olsa da, bu görüşdə qalibiyyət PAOK-la müqayisədə bizə daha çox lazımdı. Hər bir varianta əl aacağıq ki, ilk növbədə, rəqibin üstün tərəflərinin qarşısını alaq. Bundan sonra öz oyunumuzu göstərməyə və qol vurmağa çalışacağıq. PAOK-a qalib gəlmək üçün bütün vasitələrdən istifadə etməliyik.
- Vaxtilə Azərbaycanda çıxış edən Fakundo Pereyranın indi PAOK-da olması bizim ziyanımızadı?
- O, məşqçiyə hər hansı məlumatı ötürə bilər. İndi hər bir rəqib haqda istədiyin məlumatı toplaya bilirsən. PAOK-un məşqçisi bizim “Slovan”la oyunumuza canlı baxıb. İldən-ilə komandada dəyişikliklər olur. Yeni məlumatlar hər məşqçinin xeyrinədi.
- Rəşad Sadıqovun son durumu nə yerdədi?
- Milli komandadan zədəli qayıtmışdı. Təkcə dünən komanda ilə məşq edib. Dünənə kimi fərdi məşq edirdi. Amma komandada olan itkilərə görə Rəşadın oynamaq ehtimalı çoxdu. Sabahkı matça tam hazır deyil, lakin ola bilsin ki, risk edim, onu meydana buraxıb. Həkimlərlə və Rəşadın özü ilə yenə danışacağam. Hələ ki, qəti qərar verməmişəm. Amma risk etmək ehtimalım çoxdu.
- Oyuna hələ ki, cəmi 7 min bilet satılıb. Azarkeşlər niyə belə münasibət göstərirlər?
- Mən azarkeşlərdən həmişə razı qalmışam. Ola bilər, stadiona az adam gəlsin. Amma bunu normal hal sayıram. Həmişə istədiyimiz kimi olmur. Çalışacağıq ki, bütün azarkeşlərimizi stadiona geri qaytaraq. Bunu bacaracağımıza inanıram. Sabaha kimi azarkeşimizin sayı çoxalacaq.
- Sabahkı matçda xüsusi ev tapşırıqlarınız olacaqmı?
- Olacaq. Hamısını açıb demək istəmirəm. Rəqib, həqiqətən də, ciddi komandadı. Ümumiyyətlə, yunanlar xarakter göstərən millətdilər. Biz də onlara qarşı öz xarakterimizi göstərməliyik. Ola bilsin ki, sabah meydanda gözəl oyundan çox mübarizə olsun.
- Stadionun durumu nə yerdədi?
- Yüz faiz hazır deyil. Əslində, biz mərkəzi arenada ayın sonundan oyunlar keçirməliydik. İstəyirdik ki, dünən orda məşq keçək. Amma hava şəraitinə görə orda məşq etmədik. Bu gün də yalnız rəqib mərkəzi arenada məşq keçəcək. Əgər yağışlı hava olsa, meydanın durumu ilə əlaqədar problemlə üzləşə bilərik.
- Sabah meydana 2 hücumçu ilə çıxa bilərsizmi?
- Sistemdən sistemə fərq var. Biz daha çox çalışırıq ki, öz sistemimizdən kənara çıxmayaq. Hücumçuların sayını artırmaq oyunun gedişində olur. Bəzən müdafiəçi və ya yarımmüdafiəçinin əvəzinə meydana hücumçu buraxırıq. Oyunun gedişatından çox şey asılıdı.
- Sabah “Qarabağ”da Maksim Medvedevin dediyi kimi, döyüşkən ruh görəcəyikmi?
- Mən inanmıram ki, bizim komandada döyüşkən ruhu olmayan futbolçu var. Biz onlarla həmişə söhbət edirik. Futbolçuda idman xarakteri olmasa, nəticə vermək çox çətindi. Sadəcə, millidən qayıdan futbolçular deyil, digərləri də inamlı olmalıdılar. Bu cür oyunlar keçirəndə Avropa təcrübən bir qədər də artır. Bu mənada, yığma üzvləri daha şanslıdırlar.
- Elvin Yunuszadəni bağışlamısızmı?
- Həyatda bağışlamamışam. Amma futbolda bağışlayıram. O da komanda ilə dünən məşqlərə başladı.
Mənbə: apasport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi