Ölkə futbolu
“İnanıram ki, “Qarabağ” “Fiorentina”ya məğlubiyyəti qələbə ilə unutduracaq”
Təcrübəli mütəxəssis Yunis Hüseynovun müsahibəsi
- “Qəbələ” və “Qarabağ” sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlarına çıxacaqlar. İlk olaraq, səfərdə “Sent-Etyen”lə qarşılaşacaq “Qəbələ”nin şansını necə dəyərləndirərdiz?
- “Sent-Etyen”lə əvvəlki illərdə “Qarabağ” qarşılaşıb. Onların oyunlarına bələdik. Mənə elə gəlir ki, xal götürmək mümkündü. “Qəbələ” “Maynts”la Bakıdakı görüşdə də özünü yaxşı tərəfdən göstərmişdi. Mübarizə aparan, döyüşkən komandadı. Açığı, “Sent-Etyen”in hazırkı durumu ilə bağlı məlumatım yoxdu, oyunlarını izləməmişəm. Təbii ki, çox çətin olacaq.
- “Qəbələ”nin heyətlə bağlı da ciddi problemləri var. Baqali Dabo, Rəşad Sadiqov və Nika Kvekveskiri zədə səbəbindən sabahkı oyunu buraxacaqlar. Sizcə, hazırkı vəziyyətdə “Sent-Etyen”dən xal almaq nə dərəcədə inandırıcıdı?
- Bu amil komandanın işini daha da çətinləşdirəcək. Çünki adlarını çəkdiyiniz futbolçuların kifayət qədər təcrübələri var. Məncə, onlar zədəli olmasaydı belə, “Qəbələ”nin işi ağır olacaqdı. Digər tərəfdən, bu komandanın ehtiyat qüvvəsi də geniş deyil. Oyunçu sayı baxımından problemləri var. “Qəbələ”nin Fransadan xalla dönməsini hamı kimi, mən də arzulayıram. Ancaq açıq demək lazımdı, buna inamım azdı. Yalnız “döyüşərək” xal almaq olar.
- “Qarabağ” isə PAOK-u qəbul edəcək. Ölkə çempionunun qələbə şansını necə görürsüz?
- “Qarabağ” ötən turda “Fiorentina”ya böyük hesabla məğlub olandan sonra çoxları deyirdi ki, komanda özünə gəlməkdə çətinlik çəkəcək. Mən isə belə düşünmürəm. PAOK da bizə tanış komandadı. “Qəbələ” ötən mövsüm qrup mərhələsində onlara qarşı çıxış etmişdi. Ordan-burdan oxuduğum xəbərlərə görə, PAOK indi daha güclüdü, yaxşı transferlər edib. Buna baxmayaraq, inanıram ki, “Qarabağ” “Fiorentina”ya məğlubiyyəti qələbə ilə unutduracaq.
- PAOK-la qarşıdakı iki oyunun nəticəsi “Qarabağ”ın qrupdakı taleyinə aydınlıq gətirə bilərmi?
- Mənə elə gəlir ki, əsas rəqib məhz PAOK-du. Bu səbəbdən qarşıdakı oyunlar çox önəmlidi. Məhz bu iki matç “Qarabağ”ın taleyinə aydınlıq gətirə bilər. “Qarabağ” PAOK-dan 4 xal ala bilsə, qrupdan çıxacaq. Təmsilçimizin “Slovan”la da oyunu olacaq. “Qarabağ” onları Çexiyada məğlub edə bilər.
- Kapitan Rəşad Sadıqovun iştirakı sual altındadı. Onun yoxluğu müdafiədən hücum qurmaq baxımından ciddi problemə çevrilməz?
- Yəqin ki, Qurban Qurbanov bunu nəzərə alacaq. Rəşad oynasa, daha yaxşı olar. Amma olmasa da, onu əvəz edən futbolçunun bunu hiss etdirməməyə çalışacağına əminəm.
- PAOK-un sahibi İvan Savvidis komandanın qarşısına “Qarabağ”dan 6 xal almağı məqsəd qoyub...
- Elə bu sözlərinə görə “Qarabağ” onları cəzalandıracaq. Həmişə belə olur, rəhbərlər komandadan maksimum nəticə istəyirlər. Bəzən də bu, onlara baha başa gəlir. Çexiya yığmasının baş məşqçisi də millimizlə oyunöncəsi çox iddialı danışmışdı. Amma komandamız onlardan xal aldı. PAOK-un sahibi də 6 xal istəyirsə... Sabah onları Bakıdan xalsız yola salarıq.
- Necə düşünürsüz, bu mövsüm növbəti mərhələdə Azərbaycan klubunu görə biləcəyikmi?
- Yəqin ki, “Qarabağ”ı görə bilərik. “Qəbələ” üçün çətin olar.
- Bir qədər də çempionatımız barədə. Razısız ki, son illərin ən zəif mövsümünü izləyirik?
- Bizdə çempionat var ki? 8 komandalı çempionatdan nə danışaq? Bu nə çempionatdı? Mətbuatı izləyirəm, bəziləri deyir ki, çempionatımız yüksək səviyyədə keçir, gərginlik çoxdu. Amma mən bunları görmürəm. 8 komandalı çempionatda nə səviyyə artacaq, nə də gərgin mübarizə olacaq. Demək olar ki, bütün oyunlar Bakıda keçirilir. Elə bil Bakı çempionatıdı. “Kəpəz” – “Qarabağ” oyununda azarkeş çox idi. “Kəpəz” də Gəncədə azarkeşlərinin dəstəyi sayəsində mübarizə aparıb, rəqibindən xal aldı. Rayonlarda futbol olsa, o zaman inkişafdan danışmaq olar. Bakıda hansı oyuna azarkeş gedir? Futbola azarkeşlər gözəllik qatır. Azarkeş də rayonlarda olacaq, Bakıda yox. Bakıdakı oyunlar zamanı diqqət yetirin, futbolçularda motivasiya yüksək səviyyədə olmur. Digər tərəfdən, təzyiq hiss etmədikləri üçün rahat olurlar. Bir sözlə, çox zəif çempionat keçir.
- İctimaiyyət “Qarabağ”ın ötən mövsümlə müqayisədə zəiflədiyini düşünür. Bu, məhz çempionatdakı rəqabətsizlikdən qaynaqlanmır?
- Əlbəttə, bunun böyük təsiri var. Bir az “Qarabağ”, “Qəbələ” və “İnter” seçilir. Avrokubokda iştirak etdiyi üçün “Qarabağ”la “Qəbələ” digərlərindən fərqlənir. Amma istər-istəməz onların da səviyyəsi aşağı düşür. Nəticədə 8 komandanın səviyyəsi bir-birinə yaxın olur. Çünki futbolçular çox “artıra” bilmirlər, rəqabət görmürlər.
Mənbə: apasport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi