8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qarabağ” - son 10 ilin ən yaxşısı

“Qarabağ” Topaz Premyer Liqasında ardıcıl 13-cü ev qələbəsini qazanıb. Futbolxeber.az saytının məlumatına görə, bu, son 10 ildə Azərbaycan çempionatlarında qeydə alınan ən uzun seriyadır. Sonuncu belə seriya “İnter”ə məxsus olub. “Bankirlər”in 14 qələbədən ibarət qələbələrinə 2006-cı fevralında son qoyulub.

Son 10 ilin rekorduna imza atan Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasının VIII turunda “Sumqayıt”ı 3 cavabsız qolla məğlub edərək, mövsümdə 4-cü dəfə qonaqları quru hesabla üstələyib. Ağdamlılar ardıcıl 3-cü çempionluğunu bayram etdiyi ötən mövsümün son 9 ev matçında da rəqiblərinə xal verməmişdi. 2016-cl ildə evdə keçirdiyi 13 matçın hamısında qalib gələn ağdamlıların “Qarabağ”ın öz meydanındakı son xal itkisi “Qəbələ” ilə matça təsadüf edib. Bu matç 2015-ci il dekabrın 19-na təsadüf edib və 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ” ardıcıl evdə qazandığı 13 matçın son 9-da qapısını da toxunulmaz saxlayıb. Yəni əyalət klubu 9 matçdır qonaqlara nə xal, nə qol sevinci yaşadır.

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30