8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Prosineçki: “Heç kim bizdən bu nəticələri gözləmirdi”

"Razıyam ki, seçmə mərhələnin sürpriz komandasıyıq. Heç kim bizdən bu nəticələri gözləmirdi. Ancaq biz hər komanda ilə başabaş mübarizə aparacağımıza inanırıq. Bir çox oyunçudan istifadə edirik. Özümüzə inanırıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışları barədə goal.com-a açıqlamasında deyib.

O, ölkəmizdə insanların milliyə inandığını vurğulayıb: "Norveçlə oyunda qələbə, Çexiya ilə görüşdə heç-heçə önəmli nəticələrdir. Azərbaycanda artıq futbol coşqusu var. İnsanlar bizə inanır".

Qeyd edək ki, millimizin DÇ-2018-in seçmə mərhələsində 3 oyundan sonra 7 xalla yer aldığı qrupda 2-ci pillədə qərarlaşıb.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30