28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Sumqayıt”ın Müşahidə Şurasında dəyişiklik

"Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ilk növbədə şuranın üzvlərinə dəyişikliklər haqqında məlumat verilib. Belə ki, Müşahidə Şurasına Elgin Həbibullayevin əvəzinə klubun təsisçiləri tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov dəvət olunub.

İclasda həmçinin, əsas komandanın Premyer Liqanın 2016/2017 mövsümünün ilk dövrəsindəki nəticələri, klubun indiki durumu və gələcək planları müzakirə olunub.

Yekununda isə Müşahidə Şurası, qurumun üzvü olan veteran futbolçu, əməkdar məşqçi, SSRİ idman ustası Telman Salahovu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunması münasibəti ilə təbrik edib (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31