8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Norveç millisinin baş məşqçisi: "Ümid edirəm ki, ot örtüyü rənglənməyəcək"

"Yenidən bakıya gəlməyimizə şadam. İki il əvvəl Bakıda Azərbaycanla oynamışdıq. Burada futbolun inkişafı bizi sevindirir. Yığmada oynayan futbolçuların əksəriyyətinin Avropa Liqasında oynayan klubların üzvləri olduğunu bilirik".

Futbolxeber.az saytının sportnet.az-a istinadən verdiyi məlumata görə, Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsində sabah milimizlə qarşılaşacaqları oyun üçün təşkil olunmuş mətbuat konfransında deyib.

- Azərbaycana məğlubiyyət sizin üçün faciə olacaq?

- Qalib gəlmək istəyirik. Azərbaycanla oynadığımız son oyunda hesab açılmamışdı. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq.

- Azərbaycanla Bakıda əvvəlki oyununuz "Bakcell Arena"da olmuşdu. İndi isə böyük stadionda qarşılaşacaqsınız.

- Stadion çox gözəldir. Xoşbəxtik ki, görüş bu cür gözəl stadionda olacaq. Ümid edirəm ki, son görüşdə olduğu kimi ot örtüyü rənglənməyəcək.

- Əvvəlki Azərbaycanla yığması indiki Azərbaycan arasında nə fərq var?

- Komandada inkişaf göz önündədir. İki ildir Robert Prosineçki komandaya məşqçilik edir. Heyətin əksəriyyəti "Qarabağ"ın üzvüdür. Onlar da Avropa Liqasında kifayət qədər təcrübə qazanıblar.

- Bakıya çarter reysi ilə gəlmisiniz və bu yerli mətbuat tərəfindən müsbət qarşılanmayıb. Düşünmürsünüz ki, məğlub qayıtsanız, ölkənizdə sizin üçün işlər heç də yaxşı cərəyan etməyə bilər...

- Bu mənim üçün yeni məlumatdır və sizdən eşidirəm. Ümid edirəm ki, həmin təyyarə Bakıdakı hava limanında bizi gözləyir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30