8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Məndə əminlik var ki, Azərbaycanla görüşdə qələbə qazanacağıq”

“Almaniyaya məğlubiyyət nəyinsə bitdiyi anlamına gəlmir. Çünki seçmə mərhələ hələ yeni başlayıb və əsas mübarizə irəlidədi”. Futbolxeber.az saytının məlumatına görə, bunu Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo deyib.

Norveç yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını Azərbaycan və San Marinoya qarşı keçirəcək. Bu görüşlərlə bağlı yerli mətbuata açıqlama verən Hoqmo xal itirmək fikrində olmadıqlarını bildirib: “Məndə əminlik var ki, hər iki görüşdə qələbə qazanacağıq. Başqa yolumuz da yoxdu. Məqsədimizə nail olmaq istəyiriksə, həm Azərbaycan, həm də San Marinonu məğlub etməliyik”.

56 yaşlı mütəxəssis yer aldıqları C qrupunu ilk iki pillədə tamamlamaq niyyətində olduqlarını da vurğulayıb: “Almaniya yenilgisindən sonra tənqid obyektinə çevrildiyimi bilirəm. Amma heç vaxt postumu itirməkdən qorxmamışam. İndi bütün diqqətimizi seçmə mərhələ oyunlarına yönəltmişik. Bizim istəyimiz Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak etməkdi. Bunun üçün də sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, oktyabrın 8-də Bakıda Azərbaycan millisinin qonağı olacaq norveçlilər bundan 3 gün sonra Osloda San Marinonu qəbul edəcəklər.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30