29 May 2024, Çərşənbə
Dadaşov "Hatayspor"dan ayrıldı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında

Ölkə futbolu

“Qriqorçuk “Qarabağ”ı çox yaxşı təhlil etmişdi”

“Oyunun gərgin keçəcəyini əvvəldən də bilirdik. Son 3 ilin çempionuna qarşı oynayırdıq. Qarşılaşmaya yaxşı başladıq və ardıcıl 2 qol vurduq. Düşünürm ki, qələbəyə layiq idik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin kapitanı Rəşad Sadiqov deyib.

Təcrübəli futbolçu Topaz Premyer Liqasının VII turunda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub etdikləri görüş barədə bunları söyləyib: “Qarabağ”ın zəif olduğunu deməzdim. Bizim kimi onlar da cümə axşamı Avroliqa oyununda iştirak ediblər. Baş məşqçimiz onları çox yaxşı təhlil etmişdi və bizə rəqibi irəlidə sıxmağı demişdi. Biz də elə etdik və bu da öz bəhrəsini verdi”.

Sadiqov qeyd edib ki, məqsədləri çempion olmaqdır: “Çempionluq üçün çalışırıq. Əlimizdən gələni edəcəyik ki, bunu reallaşdıraq. Komandamızın builki hədəfi məhz çempionluqdur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31