8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Neftçi" Demyanı transfer edir?

“Neftçi” klubu Polşanın “Podbeskidze” komandasının futbolçusu Robert Demyanı transfer etmək istəyir. Bu barədə yerli “Fakt” nəşrinə slovakiyalı mərkəz hücumçusunun meneceri Mixal Holeşçak açıqlama verib.

O bildirib ki, “ağ-qaralar” 31 yaşlı forvard üçün çox yaxşı maliyyə şərtləri təklif ediblər. Demyanla Polşanın daha iddialı klublarından əlavə, Ukraynanın “Qoverla”, Yunanıstanın PAOK və “Olimpiakos”, Almaniyanın “Dinamo” (Drezden) komandaları da maraqlanır. Hücumçunun hazırkı klubu ilə anlaşması iyunun sonlarında başa çatacaq. Menecerinin sözlərinə görə, Demyan özünü Polşa çempionatında yaxşı hiss edir və karyerasını elə Ekstraklass Liqasında davam etdirməsi tam mümkündür.

Qeyd edək ki, Robert Demyan ötən mövsüm 14 qolla Polşa çempionatının bombardiri olub. “Neftçi” ilə yeni müqavilə məsələsində razılığa gələ bilməyən Nikolas Kanales isə Topaz Premyer Liqasında 26 qola imza atıb. “Ağ-qaralar” “qızıl dubl” etdikləri halda, Demyanın klubu “Podbeskidze” 32 xalla 16 komanda arasında 14-cü olub. Flaqman məhz Kanalesin yerinə yeni mərkəz hücumçusu axtarır.


lent.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30