9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ"ın yeni transferi: "Özümü tərifləməyi xoşlamıram, amma..."

"Qarabağ"ın yeni transferi Nikoloz Gelaşvili "İmarət" fan-klubunun sualları cavablandırıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- "Qarabağ" futbol klubu barədə ilk fikirlərin necədir?

- Komanda çox yaxşı təsir bağışlayır. Burada mehribançılıq var, çünki hamı biri birilə dostluq münasibətindədir.

- Öz fiziki durumun necədir?

- Vəziyyətim normaldır. Hal-hazırda məşqlər davam edirəm. Çalışıram ki, komandaya kömək etmək üçün daha yaxşı formada olum. Hər şey yaxşıdır.

- Transfer olmazdan əvvəl "Qarabağ" FK barədə məlumatınız var idimi?

- Bəli, bu ölkədə olan gürcü futbolçular "Qarabağ" barədə mənə müsbət məlumat vermişdilər. Demişdilər ki, "Qarabağ" ən yaxşı oynayan komandalardan biridir. Pressinq və sürəti ilə seçilir.

 - Əvvəl "Qarabağ"da oynayan gürcü futbolçu Adamiyaya qısa olaraq azarkeşlər “Bico” deyirdi. Sənə qısa olaraq nə cür müraciət olunmasını istərdin?

- (Gülür) İstəyərdim azarkeşlər mənə Niko desinlər.

- Sən komandaya transfer olmazdan əvvəl hücum xəttində boşluq var idi. Bu boşluğu dolduracağına inanırsanmı?

- Bunu zaman göstərər. Mən özümü tərifləməyi xoşlamıram. Ancaq özümə inamım var. Komanda ilə bir yerdə yaxşı nəticələr verə biləcəyimə inanıram.

- Nikonun "Qarabağ"da futbolçu kimi hədəflərdi nədir?

- Birinci olaraq Avroliqada yaxşı nəticələr vermək istəyirəm. Bir də eşitmişəm ki, "Qarabağ" 17 ildir çempion olmur. Əlimdən gələni edəcəm ki, biz bu həsrətə son verək.

- "Qarabağ"da oynayarkən yenə Gürcüstan milli komandasına dəvət alacağına inanırsan?

- "Qarabağ" güclü komandadır. Burada oynamaq mənim özüm üçün də yaxşı olacaq. Əlbəttə ki, yaxşı nəticə verə bilsəm, milli komandamıza çağrılacağam.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30