8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Tahir Gözəl: “Səfərdə “Fiorentina”ya qalib gəlməliyik”

“Bugünkü oyunda “Qarabağ”dan qələbə gözləyirdim. Lakin oyun heç-heçə bitdi. İlk dəqiqələrdə qapımızda qol görməyimiz oyunun axarını dəyişdi. Bu oyunda qalib gəlməliydik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Slovan”la oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Klub rəhbəri 2:2 hesabı ilə yekunlaşan görüşü belə şərh edib: “Qarabağ” bu gün qələbə qazanacaq gücdə idi. Lakin bəxtimiz gətirmədi. Son dəqiqədə gələn qol olmasayadı, özümüzü çox pis hiss edərdik. Həmin qol xoş sürpriz oldu. Qol vurmaq üçün şanslarımız çox idi. Amma onları dəyərləndirə bilmədik. Nələrsə alınmadı”.

Tahir Gözəl növbəti turda “Fiorentina” səfərinə qələbə üçün yollanacaqlarını qeyd edib: “Florensiya səfərindən ancaq qələbə gözləyirəm. Tarix yazmalıyıq. Komandamızın hədəfi qrupdan çıxmaqdır. Bunun üçün hər şeyimiz var. Əvvəlki illərlə müqayisədə bu dəfə qrupumuz daha münasibdir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30