8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Qriqorçuk: “Anderlext”dən çəkinmirik”

“İlk növbədə düzgün oynamağı, hücumda güclü çıxış etməyi düşünürük. İnanırıq ki, bunları bacarsaq, yaxşı nəticə qazana bilərik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Anderlext”lə oyunöncəsi mətbuat konfransında ukraynalı mütəxəssis rəqibin adından çəkinmədiklərini bildirib: “Rəqibi yaxşı öyrənmişik, hansı üslubda çıxış etdiyini bilirik. Belçika təmsilçisinin çox sayda güclü tərəflərini görürük. Başa düşürük ki, fərdi keyfiyyətlərə malik futbolçuları neytrallaşdırmalıyıq. Bu, çox çətin vəzifədir. Lakin bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq. Bir neçə oyunçu deyil, rəqibin bütün hücum xəttini zərərsizləşdirməyi nəzərdə tuturam. “Anderlext”in heyətində xeyli sayda belə oyunçu var. Bu futbolçular həm fərdi, həm kollektiv oyun bacarıqları ilə seçilir. Rəqibi tanıyır, hörmətlə yanaşır, amma ondan çəkinmirik. Qrup mərhələsi üçün qlobal vəzifəmiz yoxdur. Yalnız qarşıdakı oyunu fikirləşirik. İndi “Anderlext”lə matç olacaq, ardınca addım-addım irəliləyəcəyik. Belçikada havanın istiliyini hiss etməmişik. Azərbaycandakı yaydan sonra çətin ki, burada bizə hava şəraiti mane olsun”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30