8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Anderlext”in baş məşqçisi: “Qəbələ” ilə oyunda bu problemi hiss etdirməməliyik”

“Anderlext” çox güclü heyətə malik komandadı. Bu futbolçularla həm daxili çempionatda, həm də Avrokubokda uğurlu çıxış edə bilərik”. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bunu “Anderlext”ni baş məşqçisi Rene Veyler deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qəbələ”ni qəbul edəcək Belçika təmsilçisinin cari mövsümlə bağlı hədəfləri böyükdü. Yayda komandanın “sükanı arxası”na keçən Veyler yerli mətbuata açıqlamasında hədəflərindən danışıb: “Mənim öz prinsiplərim var. Hər zaman çalışdırdığım komandaların hücum futbolu göstərməsini və top-klublar kimi oynamasını arzulamışam. Fikrimcə, “Anderlext” bunu bacaracaq gücdədi”.

43 yaşlı çalışdırıcı “Qəbələ” ilə görüşə də toxunub. O bildirib ki, doğma azarkeşləri önündə qələbə qazanmaq şansları yüksəkdi: “Bizim üçün Avrokubok macərası indi başlayır. Yay fasiləsində heyətdə ciddi dəyişikliklər olduğundan, komandanın oyununu tapması müəyyən vaxt ala bilər. Amma bizim elə çox zamanımız yoxdu. “Qəbələ” ilə görüşdə bu problemi hiss etdirməməliyik. Meydana yalnız qələbə üçün çıxacağıq. Get-gedə yaxşı forma yığacağımıza və Avropa Liqasında daha uzağa gedəcəyimizə inanıram”.

Qeyd edək ki, sabah “Konstant Vanden Stok” stadionunda keçiriləcək “Anderlext” - “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30