Ölkə futbolu
Ruslan Qurbanov: “Neftçi”ni 8:0 hesabı ilə məğlub etməyimiz göstərir ki...”
Topaz Premyer Liqasının IV turunda “Neftçi” ilə qarşılaşan “Qəbələ” səfər oyununda 8:0 hesabı ilə qalib gəlib. Futbolxeber.az saytının məlumatına görə, görüş “qırmızı-qaralar”ın son transferlərindən olan Ruslan Qurbanov üçün əlamətdar olub. Hücumçu debüt matçında 2 qol vurmağı bacarıb. Qurbanov oyun haqda fikirlərini gabalafc.az-a açıqlayıb:
“Neftçi” ilə oyunda əsas vəzifəmizin öhdəsindən gəlib, vacib qələbə qazandıq. Bu görüşdə bizə lazım olan 3 xalı əldə etdik. Düzünü deyim ki, hesabın belə olacağını gözləmirdim. 8:0 hesabı ilə qalib gəlməyimiz göstərir ki, düzgün yoldayıq. Hesabın belə olmasını onunla izah edərdim ki, baş məşqçimizin bütün tapşırıqlarını lazımı səviyyədə yerinə yetirdik. Üstəlik meydanda istədiyimiz hər şey alınırdı. Yığmanın düşərgəsindən yeni klubuma qayıtdığımdan Ukraynadakı toplanışda da iştirak edə bilmədim. Hazırlıqlara sonradan qoşulmağıma baxmayaraq, ilk oyunda start heyətində yer aldım. Göstərdiyi etimada görə baş məşqçimizə təşəkkür edirəm. Debüt matçımı dəyərləndirmək istəməzdim. Buna kənardan qiymət verə bilərlər. Lakin düşünürəm ki, daha yaxşı oynamaq iqtidarındayam. Üzərimdə çalışıb, oyundan-oyuna artırmaq, daim inkişaf etmək istəyirəm. İlk matçda iki qol vurmağımı isə gözlənilməz adlandırmazdım. Çünki oyuna qol vurmaq üçün çıxıram. Çalışacağam ki, bundan sonrakı matçlarda da qol hesabımı artırım. Əsl hücumçu kimi qollara acam və hər qarşılaşmada fərqlənmək istəyirəm. “Neftçi” ilə görüşdə rəqib qapısına yol tapmaq üçün başqa imkanlarım da oldu, amma yalnız ikisindən yararlandım. Vurduğum qollara görə əməyi olan komanda yoldaşlarıma da təşəkkür edirəm”.
“Qəbələ” sentyabrın 15-də UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. Qurbanov Brüsseldə “Anderlext”ə qarşı keçiriləcək səfər matçında da uğur qazanmaq əzmində olduqlarını bildirib: “Artıq “Anderlext”lə UEFA Avropa Liqasının qarşıdakı oyununu düşünürük. Belçika təmsilçisi çox ciddi rəqibdir. Bu komandanı bütün dünyada tanıyırlar. Təbii ki, çətin oyun olacaq. Amma biz də səfərə yaxşı nəticə üçün yollanacağıq. Belçikadan xalla dönməyə, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Bu matça tam fərqli köklənmək lazımdır. Baş məşqçimiz qarşılaşma ilə bağlı lazım olan tapşırıqlarını verəcək. Biz də buna uyğun oynamalıyıq. “Neftçi” üzərində qələbənin qarşıdakı görüşə hər hansı təsirinin olacağını düşünmürəm. Çünki fərqli turnirlərdə, fərqli rəqiblərlə üz-üzə gəlirik”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”