29 May 2024, Çərşənbə
Renat Dadaşov "Hatayspor"dan ayrıldı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında

Ölkə futbolu

Millimiz üçün uğursuz olan hakim “Anderlext” - “Qəbələ” görüşündə

Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Anderlext” - “Qəbələ” görüşünün hakimləri müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, matçı avstriyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Harald Lechner olacaq. Ona Maximilian Kolbitsç və Andreas Heidenreich kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Markus Hameter yerinə yetirəcək. Oyunun əlavə hakimləri Markus Hameter və Alexander Harkam olacaq.

Qeyd edək ki, Harald Lechner buna qədər 2 dəfə milli komandamızın görüşündə baş hakim olub. AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Malta - Azərbaycan (2:2) və ötən il mayın 26-da keçirilən Azərbaycan - Andorra yoldaşlıq görüşünü Lechner idarə edib. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31