28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Azərbaycan çempionatlarında 2-ci dəfə

“Neftçi”nin futbolçusu Jayro Filyo Rodriges ardıcıl 2-ci oyunda avtoqol müəllifi olub. Futbolxeber.az saytının məlumatına görə, Topaz Premyer Liqasının III turunun “Qarabağ”la avqustun 21-də keçirilən qarşılaşmasında (0:3) öz qapısına qol vuran braziliyalı sentyabrın 10-da baş tutan IV turun “Qəbələ” ilə görüşündə (0:8) də eyni xətaya yol verib. Bununla da Rodriges ardıcıl iki tur avtoqol edən 2-ci futbolçu kimi Azərbaycan çempionatları tarixinə düşüb. İlk belə uğursuz isə ötən mövsüm qeydə alınmışdı. “Sumqayıt”ın üzvü Cəmil Hacıyev ötən ilin noyabrında “Zirə” və “Qəbələ” ilə matçlarda “fərqlənmişdi”. Jayro eyni mövsümdə 1-dən artıq avtoqol edən 5-ci oyunçudur. Natiq Qasımov (MOİK) 2005/06 mövsümündə ikisi eyni oyunda olmaqla öz qapısına 3 qol vurubsa, Ruslan Abışov (“Neftçi”) 2011/12, Eltun Yaqublu (AZAL) 2014/15 mövsümlərində Hacıyev və Rodriges kimi 2 dəfə üzüntü yaşamışdı. Ümumilikdə isə Jayro 1-dən çox avtoqol müəllifi olan 20-ci futbolçudur. Natiq Qasimov, Ayxan Abbasov və Saşa Yunisoğlu 3, 17 futbolçu isə 2 dəfə öz qapıçısını məyus edib.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31