29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Yaşar Vahabzadə: “İstefaya yox, növbəti oyuna hazırlaşıram”

“Oyundan öncə Farer adalarının əks hücumlarda oynayacağını bilirdik. Buna görə də futbolçulara tapşırıq vermişdik ki, diqqətli olsunlar”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.

Təcrübəli mütəxəssis Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer adaları ilə görüşdə qeydə alınan 1:1-lik bərabərliyi belə şərh edib: “Oyunçulara bildirmişdik ki, qapımız qarşısında əsas təhlükə top bizdə olanda yaşana bilər. Belə də oldu. Rəqib əks hücumda hesabı açdı. Amma komandam ikinci hissədə əzmkarlıq nümayiş etdirdi. Bərabərlik qolunu vurduq. Hətta hesabda önə də keçə bilərdik. Bəlkə də birinci hissədə hesabı açsaydıq, yekun nəticə tam fərqli olardı”.

Vahabzadə istefa barədə düşünmədiyini bildirib: “İstefaya yox, növbəti oyuna hazırlaşıram. Bu nəticəni biabırçılıq adlandırmazdım. Futbolda gözlənilməzliklər olur. Farer adalarına səfərdə qalin gəlmişdik. Bu gün komandam oynadı. Qol vurmaq üçün xeyli imkanımız var idi. Sadəcə, əlimizə düşən şansları dəyərləndirə bilmədik”.

U-21-in çalışdırıcısı klubsuz olan Elnur Cəfərova start heyətində şans verməsinin səbəbini belə izah edib: “Daha əvvəl də demişəm, Elnura kömək etməliyik. O, bizim futbolumuzun gələcəyidir. Dəstək olmaq lazımdır. Onu meydana buraxmaqla səhv etdiyimi düşünmürəm. Çünki Cəfərov özünü məşqlərdə yaxşı tərəfdən göstərirdi”. 




Ad: ceyhun elekberov;   E-mail: [email protected]

07.09.2016 09:50

Vallah istefaya getmelisen cunki sen mesqci deyilsen
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31