8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Mövsümün ilk avtoqolu

Topaz Premyer Liqasında mövsümün ilk avtoqolu qeydə alınıb. Futbolxeber.az saytının məlumatına görə, “Qarabağ” - “Neftçi” oyununda qonaqların futbolçusu Jayro Rodriges öz qapısına qol vurub. Komandasının 0:3 hesabı ilə uduzduğu qarşılaşmada hesabı açan braziliyalıyadak cari mövsümdə avtoqola üzülən olmamışdı. Bu, ölkə çempionatları tarixində “Neftçi”nin futbolçularının 13-cü belə uğursuzluğudur. Yalnız iki komandanın üzvləri daha çox avtoqola üzülüb. AZAL 18, “Qarabağ” 14 dəfə oyunçularının öz qapısına qol vurması ilə barışıb. Ağdam təmsilçisi 18-ci dəfə rəqib qolunun sevincini yaşayıb. Bu göstəricidə “Qarabağ” hamıdan öndədir. “Neftçi” 16, “Bakı” 15 dəfə belə halla üzləşib.

Ümumilikdə isə Jayronun öz qapısına qol vurması ölkə çempionatları tarixinə 160-cı avtoqol kimi düşüb (pfl.az). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30