9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Azərbaycan klubunun futbolçusu məşqdə öldü

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan "Zaqatala" klubunun düşərgəsində ölüm hadisəsi qeydə alınıb. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, əyalət təmsilçisinin heyətində afrikalı futbolçu dünyasını dəyişib.

Faktı klubun prezidenti Musa Qurbanov da təsdiqləyib. O bildirib ki, Maykl Umanyika bu gün günorta saatlarında vəfat edib.

"Maykl ötən mövsüm də bizim komandada çıxış edirdi. Dünən yenidən bizə qoşuldu. Bu gün isə məşq zamanı vəfat etdi. Deyiləcək söz yoxdu, danışmaq çox çətindi. O, keçən mövsüm bizdə olanda bütün  müayinələrdən keçmişdi. Ancaq indi təzə gəlib. Məşqdə də belə olub. Mən özüm indi Bakıdayam. Sabah Zaqatalaya gedəcəm" - deyə, Qurbanov bildirib.

Futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. 

Zaqatala Mərkəzi Xəstəxanasından apasport.az saytına verilən məlumata görə, ilkin versiyaya əsasən futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.

Faktla bağlı araşdırma aparılır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30