29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ” “Maribor”u qəbul edəcəyi stadionu açıqladı

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qəbələ” - “Maribor” (Sloveniya) oyununun keçiriləcəyi yer müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, komandalar “Dalğa Arena”da üz-üzə gələcəklər. UEFA Avropa Liqasının ilk üç turu çərçivəsində baş tutan oyunları “Bakcell Arena”da keçirən “qırmızı-qaralar”ın arenanı dəyişməsinə səbəb adıçəkilən stadionda renovasiya işlərinin aparılmasıdır.
 
“Qəbələ” İdman Klubu “Dalğa Arena”da keçirilən oyunu izləmək istəyən azarkeşlərin rahatlığını təmin etmək məqsədilə paytaxt mərkəzindən stadiona nəqliyyat vasitələri ayıracaq. Bu məqsədlə ayrılan avtobuslar oyun günü azarkeşləri matçın keçiriləcəyi stadiona aparacaq və geri gətirəcək. Nəqliyyat vasitələrinin marşrutu barədə yaxın günlərdə ətraflı məlumat veriləcək. 
 
Xatırladaq ki, avqustun 18-də “Dalğa Arena”da keçiriləcək “Qəbələ” – “Maribor” oyunu saat 21:00-da başlayacaq.
 

gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31