29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Ramil Şeydayev: “Yox! Azərbaycan millisində oynamaq istəyirəm”

“Ramil Şeydayev istedadlı futbolçudur. Aşağı yaş qrupları üzrə milli komandalarımızın hamısında çıxış etmişdi. Onu itirdiyumiz üçün üzülürəm”. Furbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Futbol İttifaqının idman direktoru Nikolay Pisarev deyib.

Eyni zamanda  21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi olan Pisarev  Ramil Şeydayevin Rusiya yığmasından imtina edərək  Azərbaycanı seçməsinə münasibət bildirib: “Rusiya Futbol İttifaqı Şeydayevə çox şey verib. Mən ona zəng vurmuşdum. Onu fikrindən daşınmağa cəhd etdim. O isə mənə cavabında “Yox! Azərbaycan millisində oynamaq istəyirəm” dedi. Bunun səbəblərini açıqlamadı. Yəqin ki, qan çəkir, ya da yaxşı müqavilə, millinin start heyətində yer alacağına dair  təminat veriblər”.

Xatırladaq ki, bir neçə dəfə AFFA-nın təklifini rədd edən azərbaycanlı futbolçu Ramil Şeydayev bu yaxınlarda millimizdə oynağa razı olub. FİFA da onun millimizdə oynamasına icazə verib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31