9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Bakıda basketbol üzrə növbəti turnir keçirilib

Avqustun 7-də paytaxtımızda 3x3 basketbolu üzrə növbəti turnir keçirilib. Futbolxeber.az saytının məlumatına görə, yarışda 36 komanda mübarizə aparıb. Onlardan 4-ü peşəkar, 22-si həvəskar, 10-u isə yeniyetmələrdən ibarət kollektivlər olub. Peşəkarlar arasında birinci yerə Amil Həmzəyev, Polad Həsənov və Emin Cəfərovun yer aldığı “Gence Fires” komandası sahib çıxıb. Həvəskar komandalar arasında keçirilən yarışda isə “F.6.P” klubu hamıdan güclü olub. Nəhayət, yeniyetmələrin turnirində “Splash brothers” komandası qalib adını qazanıb.

Turnirin gedişində keçirilən “Three Point Contest” müqabiqəsində Anar Həsənov böyüklər, Raul İsmayılov isə yeniyetmələr arasında ən yaxşı nəticəni göstərib. İsmayılov həmçinin yeniyetmələr arasında turnirin ən dəyərli oyunçusu seçilib. Böyüklərin yarışında isə bu ada Rüstəm Əliyev layiq görülüb.

Qeyd edək ki, artıq sayca 8-ci dəfə keçirilən budəfəki turnir “3x3 Azərbaycan” layihəsinin bir illiyinə və Rio Yay Olimpiya Oyunlarına həsr olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30