29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Ruslan Abışov üçün əlamətdar tur

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Topaz Premyer Liqasının 2016/17 mövsümünün ilk dublunun müəllifi olub. Futbolxeber.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi I turun “İnter” - “Qarabağ” oyununun ikinci hissəsində 2 qol vuraraq, komandasına qələbə qazandırıb - 2:1.Bu, Abışovun Premyer Liqa karyerasında ilk dublu olub. Bu matçadək yüksək liqada 176 oyun keçirən futbolçu heç vaxt bir görüşdə 2 dəfə fərqlənməmişdi. Ölkə çempionatlarında 12 qol vuran Ruslan bu topları 12 müxtəlif qarşılaşmada rəqib qapısından keçirmişdi. Abışov karyerasında 4-cü klubun heyətində çempionatda qol sevinci yaşayıb. 2 qol vurduğu “İnter”ədək “Neftçi”də 7 dəfə fərqlənən arxa xətt oyunçusu “Xəzər Lənkəran”da 1, “Qəbələ’”də 4 dəfə rəqib qapısına yol tapıb.

Abışovun “Qarabağ”ın qapısından keçirdiyi 2-ci top “İnter”in öz meydanında vurduğu yubiley - 350-ci top olub. 232-ci ev oyununda buna nail olan bakılılar evdə 139 top buraxıb.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31