9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ"ı məğlub etdikləri üçün futbolçularıma qəhrəman deyə bilmərəm”

"Qarabağ”a qarşı pis oynamadıq. Xüsusilə ikinci hissədə yaxşı çıxış etdik. Oyundan razı qaldım”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının I turunda "Qarabağ"la keçirilən ev oyunundan sonra deyib.

Gürcü mütəxəssis 2:1 hesablı qələbəni belə şərh edib: "Qarabağ"ı məğlub etdikləri üçün futbolçularıma qəhrəman deyə bilmərəm. Amma onlara məğlub olacaqları təqdirdə də irad bildirməyəcəyimi söyləmişdim. Çempionatın iştirakçıları güclü, iddialı komandalardır və bu baxımdan çətin olacaq. Ötən mövsüm bizim 15-16 futbolçumuz vardı. Qalanları gənc idi. İndi heyət genişdir hər mövqeyə iki namizəd var. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Qələbəni bütün komandanın ayağına yazmaq lazımdır. Özümüzü favorit hesab etmirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30