29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Neftçi”nin yeni transferi: “Növbəti dəfə şansımı dəyərləndirməyə çalışacağam”

“Debüt oyunumda komandam qələbə qazandı. Buna görə çox şadam”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin hücumçu Katalin Tira deyib.

Yeni mövsümün ilk turunda “ağ-qaralar”ın heyətində debüt edən rumın forvard qaçırdığı qol epizodundan da danışıb: “Mövsümün ilk matçında qalib gəldik. Bu çox yaxşı haldır. İkinci hissədə oyuna qoşuldum. 15 dəqiqə meydanda oldum. Düzdür, qol vurmaq üçün şansım oldu. Lakin dəyərləndirə bilmədim. Futbolda belə hallar olur. Növbəti dəfə şansımı dəyərləndirməyə çalışacağam”.

Tira “Neftçi”də özünü yaxşı hiss etdiyini vurğulayıb:  “Komandaya yeni qoşulmuşam. Çox məşq etməliym. Bura gəlməmişdən əvvəl uzun müddət idi oynamırdım. Qarşıdakı oyunlara 100 faiz hazır olacağam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31