9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Rəşad Sadıqov: “Avroliqada bizi 2 gərgin oyun gözləyir”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Futbolxeber.az saytına müsahibə verib.

- Avroliqanın pley-off mərhələsində “Qarabağ” “Göteborq”la qarşılaşacaq. Püşkün nəticəsini necə dəyərləndirərdiz?

- Rəqib güclü komandadır. Ölkəsinin aparıcı klublarından biridir. Ötən mövsüm gümüş medal qazanıblar. Onların oyunlarını artıq izləmişik. Rəqib haqda məlumatımız var. Deyərdim ki, bu, bir-birinə bənzər 2 komandanın mübarizəsi olacaq. Onlar da topla oynamağı sevirlər, kombinasiyalı oyuna üstünlük verirlər. Bizi 2 gərgin oyun gözləyir.

- Çoxları “Qarabağ”ın Çempionlar Liqası ilə vidalaşmasını çempionatdakı rəqabətsizliklə əlaqələndirirlər. Razısız bu fikirlə?

- Yox, belə deməzdim. Söhbətin ona aid yoxdur. Hər kəs gördü ki, Çexiya çempionuna qarşı inamlı oyun sərgilədik. Həm evdə, həm də səfərdə yaxşı oynadıq.

- Yəni, çempionatımızda tətbiq olunan legioner limiti klublara probem yaratmır?

- Bu barədə düşünmürəm. Yenə deyirəm, biz “Viktoriya Plzen”dən üstün idik. İlk oyunda rəqiblə başa-baş oynadıq. Cavab matçında isə çexlərdən qat-qat üstün oynadıq. Amma son nəticədə ÇL-lə vidalaşdıq. Bunu nə iləsə bağlamağın mənası yoxdur.

- Necə düşünürsüz, Premyer Liqamızda legioner limitinin artırılmasına ehtiyac var?

- Şəxsi fikrim belədir ki, limit qaldırılmalıdır.

- “Zirə” - “Sumqayıt” oyununu stadiondan izlədiniz. İkinci turda məhz “Sumqayıt”la qarşılaşacaqsınız. Bu komanda necə təsir bağışladı?

- “Sumqayıt” yaxşı təsir bağışladı. Mübarizə komandadırlar. Samir Abasov yaxşı kollektiv formalaşdırıb. Əlimizdən gələni edəcəyik ki, çempionata yaxşı start verək. İlk turda “İnter”lə üz-üzə gələcəyik. Çalışacağıq ki, hər “İnter”, həm də “Sumqayıt”la görüşlərdə yaxşı nəticə qazanaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30