8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Tahir Gözəl: “Nəticəyə görə çox məyus olduq”

“Nəticəyə görə çox məyus olduq. “Qarabağ”ın mərhələ adlaya bilməməsi ürəkaçan deyil”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Viktoriya Plzen”lə oyundan sonra deyib.

Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Viktoriya Plzen”lə 1:1-lik bərabərliyə imza atıb. Bu nəticə ilə “Qarabağ” qitənin ən mötəbər klub turniri ilə vidalaşıb. T. Gözəl nəticəyə görə məyusluğunu ifadə edib: “Oyun ərzində üstünlük bizim tərəfimizdə idi. 3 real qol epizodunu boşa verdik. Rəqibin 1 qol imkanı oldu, onu da dəyərləndirdilər. Xalqımızı qələbə ilə sevindirməyi çox istəyirdik. Amma alınmadı”.

Klub rəsmisi artıq hədəflərinin Avroliqanın qrupunda oynamaq olduğunu vurğulayıb: “Bu oyunu udmalıydıq. “Qarabağ” çox çalışsa da, istəyinə çata bilmədi. Amma mübarizə davam edir. İddiamızda qalırıq. Rəqiblərin gücünü də nəzərə almaq lazımdır. Sona qədər mübarizə aparacağıq”.

Tahir Gözəl azarkeş dəstəyinə də toxunub: “Bundan sonra nə desək, danışmaq asandır. Məşqçinin işinə qarışa bilmərik. Lakin diqqət yetirməli olduğumuz məqamlar var. “Viktoriya Plzen” rəhbərliyi ilə danışırdıq. Bu komanda Çexiyanın paytaxtını təmsil etmir. Lakin klub rəhbərliyi bildirir ki, hər oyunda stadionda 12 min azarkeş olur. “Qarabağ”ın hər oyununa 12 min azarkeş yığsaq, bu, bizim üçün uğur olar. Azərbaycan xalqına təşəkkür edirəm. Bu gün fanatlar komandaya möhtəşəm dəstək verdilər”.

“Qarabağ”ın vitse-prezidenti klubun trasfer siyasətinə də toxunub: “Sponsorlar hər zaman Qurban Qurbanova deyirlər ki, yol açıqdır. Heyəti gücləndirmək yolunda daim çalışırıq. Amma oyunçu almaqla qrupa düşmək təmin olunmur. Bu gün oyunumuz çox gözəl idi. Bəxtimiz gətirmədi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30