Ölkə futbolu
Əliyar Ağayev: “...Özümü virtual aləmdən təcrid elədim”
FİFA referisi Əliyar Ağayev affa.az saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final oyununu idarə etdiniz. Təəssüratlarınız necədir?
- Təbii ki, final mərhələsinə dəvət edilən hər bir hakimin məqsədi həlledici qarşılaşmanı idarə etmək idi. Amma əvvəlcə əsas fikrimi qrup mərhələsinin oyunlarını yüksək səviyyədə idarə etməyə və mümkün qədər yüksək qiymət almağa yönəltmişdim. Hər hakimin qrup mərhələsində iki oyuna təyinat alacağını bilirdik. Qrup oyunlarını, demək olar, yüksək səviyyədə idarə etdim. Bundan sonra özünəinamım artdı və yarımfinal mərhələsinin oyunlarından birinə təyinat alacağımı gözləyirdim. Təyinat günü kimin hansı oyunu idarə edəcəyi açıqlandığı zaman yarımfinal yox, play-off oyununda dördüncü hakim olacağım bildirildi. Ardınca, dərhal finalın baş hakiminin də adı açıqlandı. ...dərhal finalın baş hakiminin də adı açıqlandı. Adımı eşidəndə inanmağım gəlmədi.
- Final qarşılaşmasına təyin olunduğunuzu bildikdən sonra üzərinizdə təzyiq hiss edirdinizmi?
- Yox desəm, yalan danışmış olaram. Təyinatdan dərhal sonra telefonumu söndürdüm. Heç bir xəbər portalını açmadım, bir növ özümü virtual aləmdən təcrid elədim. Bilirdim ki, Azərbaycanda əksəriyyət bu təyinata sevinəcək, haqqımda müsbət şeylər yazacaq. Ancaq bunları oxusaydım, özümdə istər-istəməz müəyyən gərginlik də yarana bilərdi. Start fitinə qədər həyəcanlı idimStart fitinə qədər həyəcanlı idim, fitdən sonra isə oyuna tam kökləndim və işimin öhdəsindən gəlməyə çalışdım.
- İki aparıcı futbol ölkəsinin oyunçularının azərbaycanlı hakimə münasibəti necə idi?
- Ola bilsin, öz aralarında nəsə danışsınlar. Çünki hər iki ölkənin futbol tarixi, ənənələri kifayət qədər zəngin və böyükdür. Amma 90 dəqiqənin tamamında hər iki komandanın üzvləri yaxınlaşıb, yaxşı idarəçiliyə görə briqadamızı təbrik etdilər.
- Təyinatdan sonra UEFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina sizi e-mail vasitəsilə təbrik edib. Bəs oyun başa çatdıqdan sonra necə, idarəçiliyinizlə bağlı fikrini çatdırıbmı?
- Özü birbaşa yox, ancaq oyunun hakim-inspektoru komitədən təşəkkür etdiklərini dedi.
- Bəs oyunun hakim-inspektoru idarəçiliyinizlə bağlı nə dedi?
- Oyundan sonra heç bir fraqmentə baxılmadı. Dedi ki, birinci qol epizodu zamanı oyunu dayandırmamağın, üstünlük işarəsi verməyin bütün suallara aydınlıq gətirdi.
- Köməkçilərinin fərqli ölkələrdən olması anlaşma baxımında çətinlik yaratmırdı?
- Oyundan əvvəl ola bilsin, hansısa anlaşılmazlıq olurdu. Ancaq təlimatlardan sonra bunu hiss etmirdik. Hər birimiz ölkəmizlə yanaşı, həm də UEFA-nı təmsil edirik.
- Topaz Premyer Liqası ilə Avropa çempionatının oyunlarını müqayisə etmək olarmı?
- Peşəkarlıq baxımından fərq var. Avropa çempionatında çıxış edən yeniyetmələr idi, bizim çempionatda oynayanlar isə peşəkarlar. Bir-iki oyun oldu ki, sürət baxımından fərqləndi. Ümumi götürdükdə, çempionatımız üstündür.
- Ötən mövsümün sonuna yaxın cəzalandırıldınız və Topaz Premyer Liqası oyunlarına təyinat almadınız. Bunun təsirini necə, hiss etdinizmi?
- Çətinlik yaradacağını gözləyirdim. Xüsusilə də, oyun təcrübəsi baxımından bunu hiss edirdim. Lakin çalışırdım ki, 90 dəqiqə ərzində bunu büruzə verməyim. Ancaq yeni mövsümə uğurlu start verdim. UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də keçiriləcək “Krasnodar” - “Birkirkara” oyununa da təyinat almışam. Üstəlik, gələn həftə Topaz Premyer Liqasının yeni mövsümünə də start veriləcək. Bu təyinatdan sonra məsuliyyətim artıb.
- Bundan sonra qrup mərhələsinin oyunlarına tez-tez təyinat alacağınızı gözləmək olarmı?
- Buna ümid edirik. Ötən mövsüm 1 qrup oyunu idarə etdim. Amma bu dəfə dekabra qədər qrup mərhələsinin ən azı 2 oyununa təyinat alacağıma inanıram. Qarşıdakı 6 ay mənim üçün çox vacib dövr olacaq.
- Uğurlu idarəçiliyinizin ümumilikdə Azərbaycan hakimliyinə beynəlxalq təyinatlar zamanı nə dərəcədə müsbət təsiri ola bilər?
- Düşünürəm ki, Avropa çempionatının final mərhələsinin Almaniya kimi böyük ölkədə keçirilməsi özlüyündə vacib məqamdır. Böyük futbol ənənələri olan ölkədə final qarşılaşmasını azərbaycanlı hakimin idarə etməsi Azərbaycan futboluna da müəyyən qədər diqqət yarada bilər. Adımızı eşidən azarkeşlər, funksionerlər istər-istəməz internet vasitəsilə futbolumuz, ölkəmiz haqda əlavə məlumatlar toplamağa çalışacaqlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”