Ölkə futbolu
Nadir Nəbiyev: “Tək Tovuz yox, Azərbaycan futboluna xidmət üçün çalışırıq”
I Divizionda çıxış edəcək komandalar artıq yeni mövsümün hazırlıqlarına start verirlər. Futbolxeber.az saytının məlumatına görə, belə komandalardan biri də “Turan Tovuz”dur. Əsgər Abdullayevin rəhbərliyi altında Tovuzda hazırlıq keçən Qərb təmsilçisinin icraçı direktoru Nadir Nəbiyevlə son durum haqda danışdıq. Milli komandamızın kemiş üzvünün klub idarəçiliyindəki fəaliyyətinin 1 ili tamam oldu. Söhbətimizdə bu mövzuya da toxunduq. Nadir Nəbiyev ilk olaraq yeni mövsümə hazırlığı dəyərləndirdi:
- Bir həftəyə yaxındır ki, əsas komandamız baş məşqçi Əsgər Abdullayevin rəəhbərliyi altında yeni mövsümün hazırlıqlarına başlayıb. İlk olaraq seleksiya xarakterli məşqlər həyata keçirildi. Komandaya yeni futbolçuların cəlb olunması üçün işlər gördük. Bəzi futbolçuları baxışdan keçirmək imkanımız oldu. Lakin hələ yekun heyət haqda fikir bildirmək tezdir. Bunun üçün zaman lazımdır. Komandanı formalaşdırmaq sırf baş məşqçinin işidir.
- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- Ötən mövsüm qarşımıza qoyulan əsas məqsəd zəifləməkdə olan uşaq futbolunu dirçəltmək və döyuşkən əsas komanda formalaşdırmaq idi ki, fikrimcə bunun öhtəsindən gələ bildik. Bu mövsüm isə komandanın qarşısına yüksək yerlərdən birini tutub Premyer Liqaya vəsiqə qazanmaq məqsədi qoyulub. Çətin olacağını bilirik. Biz də var gücümüzlə çalışıb məqsədimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik.
- Bildiyimiz kimi, yeni mövsümdən etibarən I Diviziondakı yaş limiti Premyer Liqadakı kimi olacaq. bu sizə necə təsir edəcək?
- Bunu zaman götərəcək. Digər tərəfdən də 22 yaşı tamam olmuş futbolçular özlərinə komanda tapmaqda çətinlik çəkirdilər. İndi isə onların oynamaq şansları daha çox olacaq. Bu dəyişikliyi müsbət dəyərləndirmək olar.
- Klub idarəçisi kimi fəaliyyətinizin 1 ili tamam oldu. Bu 1 illik müddətdəki işiniz haqda nə deyərdiniz?
- Biz ötən il kluba gələndə uşaq futbolu demək olar ki yox səviyyəsində idi. Perspektivli gənclərin hamısı başqa komandalara keçmişdilər. Onları geri qaytarmaq üçün klublarla danışıqlar aparsaq da geri qaytarmaq mümkün olmadı. Uşaq komandasında sifariş üçün minimum hədd 15 nəfərdir, təsəvvür edin biz sifariş etmək üçün 15 nəfər tapa bilmirdik. Məcbur olub seleksiya işləri aparıb yeni uşaqlar cəlb etdik. Bunun nəticəsidir ki, başa çatan futbol ilində Tovuz futbolunun indiyə dək etmədiyi nailiyyəti qazandıq. Zona yarışlarında mübarizə aparan 5 komandamızın hamısı pley-off mərhələsinə vəsiqə qazandı. Onlardan 3-ü final mərhələsində yüksəldi. 1 komandamız ölkə çempionatının ¼ final mərhələsinə dək irəlilədi. Tovuz futbolu tarixində heç vaxt 5 komanda pley-off mərhələsinə yüksələ bilməmişdi.
- Klub rəhbərliyi fəaliyyətiniz haqda nə düşünür?
- Həm Müşahidə Şurasının üzvləri həm də sədrimiz Oqtay Abdullayev görülən işlərdən razıdırlar. Oqtay müəllim uzun illərdir futbolun içində olan bir adamdır. O da klubumuzun inkişafı üçün əlindən gələni edir. Daim axtarışdadır və kluba maddi dayaqlar axtarır.
- Qeyd etdiniz ki, yeni başlayanda perspektivli gənclərdən heç kim qalmamışdı. Bunun səbəbi kim və ya nə idi?
- Bəli. Öz yaş qrupları üzrə milli komandaların üzvləri idi hamısı. 14-15 yaşlarında peşəkar komandada oyunlara çıxmış uşaqlar, başqa komandaların aşağı yaş qruplarına keçmişdilər. Səbəbini mən də bilmirəm. Çünki keçmiş dövrdə burada olmadığımdan hansı proseslərin getdiyindən xəbərsizəm. Dediyim kimi, qarşımıza məqsəd qoyulub və onu həyata keçirmək üçün öz işimizə baxırıq. Biz tək Tovuz futboluna yox ümumiyətlə Azərbaycan futboluna xidmət etmək üçün çalışırıq.
- Bu günlərdə Tovuz futbolunun yetirməsi Budaq Nəsirov Portuqaliya nəhəngi “Sportinq”ə transfer olundu...
- Biz Budağın yaxın gələcəkdə xaricə gedəcəyini bilirdik. Lakin “Sportinq”ə keçəcəyini təsəvvür etmirdik. Xəbəri eşindəndə stadionda olan hər kəs sevinc içində idi. Şəhərin mərkəzində də hamı bu haqda danışırdı. Tovuzda əsl bayram ab-havası var idi. Ona karyerasında uğurlar arzu edirəm. Ümid eridəm ki, “Sportinq”dəki uğurları ilə daim bizi sevindirəcək. Gənc olmasına baxmayaraq çox yaxşı futbolçudur.
- Tovuz futbolu daim yetişdiriyi futbolçularla ad qazanıb. Keçmişdə də elə indi də milli və digər klublarımızda yetərincə tovuzlu futbolçuya rast gəlmək olar...
- Tovuz futbolunun yetirmələri çıxış etdikləri klublarda daim seçiliblər. Hətta deyərdim ki, bu futbolçulardan çoxu Avropada oynamağa qadirdir. Gənc yaşlarından parlayan Evin Məmmədovun da Avropa klublarından birində çıxış edəcəyini gözləyirdik. Amma nədənsə bu alınmadı. Elə indi də Elvin öz oyunu ilə qısa müddət ərzində “Zirə”nin liderlərindən birinə çevrilməyi bacarıb. Bundan başqa Vurğun Hüseynov, Cavid Tağıyev, Rəhman Hacıyev, son zamanlardakı çıxışı ilə diqqət çəkən Amil Yunanov da Tovuz futbolunu layiqincə təmsil edirlər.
Hazırda aşağı yaş qrupları üzrə komandalarımızda da kifayət qədər perspektivli və ümid bağladığığmız istedadlar var.
- Klubun maddi vəziyyəti necədi? Kənardan dəstək varmı?
- Sponsorumuz olmadığından maddi çətinliklər yaşasaq da, bu işimizin keyfiyyətinə çox da təsiq göstərmir. Mənim futbol oynadığım dövrlədə də elə indi də Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun həm maddi həm də mənəvi dəstəyini daim hiss etmişik. Mütəmadi olaraq məşqlərimizi izləyir, problemlərimizlə maraqlanır, öz məsləhət və tövsiyyələrini verir. Bundan başqa Yaşar İbrahimov başda olmaqla klubumuzun müşahidə şurasının üzvləri də daim komandanın yanındadırlar. Ölkə futbolunun inkişafı üçün çalışan AFFA-nın da hər cür dəstəyini hiss edirik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”