29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Hubnik: "Şanslar bərabərdir"

"Qarabağ"ı qol buraxmadan məğlub etmək istəyirdik. Əsas məqsədimiz bu idi. Lakin qol imkanlarından yararlana bilmədik". Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Viktoriya"nın kapitanı Roman Hübnik Çempionlar Liqasının III təsnifat mərhələsində evdə "Qarabağ"la 0:0 bərabərə qaldıqları ilk matçdan sonra Çexiya mətbuatına açıqlamasında deyib.

32 yaşlı futbolçu komandasının mərhələ keçmək şansının 50-nin 50-yə olduğunu bildirib: "Oyun ərzində xeyli qol imkanlarımız oldu. Lakin son nöqtəni qoya bilməməyimiz əsas problemimizdir. Baş məşqçi də fasilədə buna görə bizi tənqid etdi. Cavab görüşündə daha yaxşı oynamalıyıq. Düşünürəm ki, "Qarabağ" evdə hücuma atılacaq və bu da bizə əks-hücum imkanları verəcək. Əgər bir qol vursaq, rəqib ikisini vurmalı olacaq. İlk oyunumuz çox çətin keçdi. Mərhələ keçmək şanslarımız bərabərdir".

Qeyd edək ki, "Qarabağ" və "Viktoriya" arasında cavab görüşü avqustun 2-də, Bakıda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31