29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

UEFA AFFA-nı cəzalandırdı

UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 turniri çərçivəsində 08.05.2016-cı il tarixində keçirilmiş Azərbaycan U-17 - Belçika U-17 oyununda qeydə alınmış xoşagəlməz halla bağlı UEFA qərar qəbul edib. Futbolxeber.az saytının məlumatına görə, oyun zamanı Belçika komandasının nümayəndələri öz oyunçularına qarşı azarkeşlər tərəfindən Azərbaycan qonaqpərvərliyinə yaraşmayan irqçi ifadələrin səsləndirildiyi iddiası ilə UEFA-ya müraciət etmişdilər. UEFA dərhal AFFA-ya qarşı intizam icraatı başlayaraq məsələni araşdırmış və AFFA-dan məsələyə münasibət bildirməsini tələb etmişdir. AFFA tərəfindən məsələyə əsaslandırıcı münasibət bildirilmiş, azarkeşlərimizin hər zaman FİFA-nın və UEFA-nın futbolda irqi və digər ayrı-seçkiliklərə qarşı prinsipinə uyğun davrandıqları qeyd olunmuşdur.

Yekun olaraq, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələ ilə bağlı AFFA-nın əsaslandırılmış mövqeyini nəzərə alaraq, bu  cür hallarda nəzərdə tutulan ən yüngül cəza növlərindən birini - UEFA bayrağı altında keçiriləcək yarışlar zamanı növbəti ev oyununda azı 300 nəfərdən ibarət olan sektorun bir oyunluq qapadılması və həmin sektorda UEFA-nın loqosu əks olunan “No to Racism” (Rasizmə Yox) şüarının yerləşdirilməsi barədə qərar qəbul edib. Qərar 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Farer adaları oyununda icra olunacaq.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31