29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Budaq Nəsirov: "Sportinq"ə kömək etmək istəyirəm"

"Burada olduğum üçün çox xoşbəxtəm. Komandama kömək etmək istəyirəm. "Sportinq"in məni seçməsi faktını və bura gəlmək üçün mənə dəstək olmalarını yüksək qiymətləndirirəm". Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Sportinq"in yeni transferi Budaq Nəsirov klubun rəsmi saytına açıqlamasında deyib.

Portuqaliya təmsilçisinin əvəzedici komandasında oynayacaq millimizin üzvü yeni komandası haqda bunları bildirib: "Menecerim bir neçə variantı nəzərdən keçirirdi. "Sportinq" variantını öyrəndikdə sevincimin həddi-hüdudu yox idi. Çünki "Sportinq" Avropanın ən yaxşı klublarından biridir".

Portuqalca danışa bilmədiyini deyən Nəsirov tezliklə bu dili öyrənəcəyini vurğulayıb: "Hələ portuqalca danışa bilmirəm. Ancaq söz verirəm ki, tezliklə bu dili öyrənməyə çalışacam. Meydana çıxdığımda oyun keyfiyyətlərimi göstərmək istəyirəm. Məni tanımayan insanlar stadiona gələrək mənim necə çalışdığımı görə bilərlər. Zəmanət verə bilərəm ki, meydanda əlimdən gələnin ən yaxşısını edəcəm. Bu, həm məşqlərə, həm yoldaşlıq görüşlərinə, həm də rəsmi oyunlara aiddir. Çünki indiyə kimi bütün turnirlərdə ürəyimi qoymuşam".

Qeyd edək ki, müqavilə ilə "Sumqayıt"a məxsus olan Nəsirov ötən mövsümü icarə əsasında "Kəpəz"də keçirib. 21 yaşlı futbolçu "Sportinq"lə 5 illik müqavilə imzalayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31