9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

MTK-nın baş məşqçisi: “Evə qələbə ilə qayıtmaq istəyirik”

“Qəbələ” ilk oyunda özünü yaxşı tərəfdən göstərmişdi. İlk oyunda qalib gəlmək istəsək də, rəqibimiz çox güclüdür. “Qəbələ”nin oyunlarını çox izləmişəm. Bununla belə, sabah evə qələbə ilə qayıtmaq istəyirik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyundan sonra MTK-nın baş məşqçisi Teodoru Vasilizs deyib.

Sabah Macarıstan təmsilçisi Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Qəbələ”nin qonağı olacaq. MTK-nın çalışdırıcısı hazırda matçın baş tutacağı “Bakcell Arena”da oyunöncəsi mətbuat konfransı keçirir.

Teodoru Vasilizs ilk matçda penaltini qaçırmalarını qeyd edib: “Matçın əvvəlində hər şey yaxşı gedirdi. Amma sonradan penaltidən yararlana bilmədik. Buna görə çox təəssüflənirəm. “Qəbələ” yaxşı komanda olduğunu da unutmamalıyıq”.

MTK-nın çalışdırıcısı “Liverpul”la aralarında razılaşmadan da söz açıb: “Futbolçularımız “Liverpul”da təlim keçirlər. İngiltərə klubu ilə müqaviləmiz var. Hazırda heyətimizdə cəmi 2 legioner var. Buna görə də sabah heyətdə daha çox macar futbolçular olacaq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30