28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Ebah: “Taleyimiz öz əlimizdədir”

Dünən “Dalğa Arena”da keçirilən açıq məşqlə “Kəpəz” UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Admira” ilə oyunun hazırlıqlarını tamamlayıb. Futbolxeber.az saytının məlumatına görə, komanda artıq oyun saatını gözləyir.

Gəncə klubunun hücumçusu Julien Ebah görüş öncəsi kapazpfc.az saytına açıqlama verib: “Bizi çox çətin oyun gözləyir, bunu hamımız başa düşürük. “Admira” güclü, komplektləşmiş komandadır, sürətli oynayırlar. İkinci oyunda hər şey baş verə bilər. Evdə oynayırıq, təbii ki, bizə sərf edən nəticəni qazanmağa çalışacağıq. Onu da deyim ki, əgər səfərdə ələ düşən imkanları dəyərləndirə bilsəydik, ilk oyunda heç-heçənin qeydə alınması mümkün idi. Avstriyada bacardığımızı etdik. Məncə, orada qarşımıza qoyulan tapşırığın öhdəsindən gələ bildik. Taleyimiz öz əlimizdədir, tarixi fürsəti əldən buraxmamalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31