8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

MTK-nın baş məşqçisi: “Qəbələ” kağız üzərində favoritdir”

"Rəqibə qarşı çox diqqətli olmalıyıq. Çünki “Qəbələ” mübarizədən kənarlaşdırdığımız “Aktobe”dən daha güclüdür”. Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Macarıstanın MTK klubunun baş məşqçisi Teodoru Vasilizs yerli mətbuata açıqlamasında deyib.

Avropa Liqasının II təsnifat mərhələsində bu gün “Qəbələ” ilə keçiriləcək oyun haqda danışan baş məşqçi rəqibi yüksək qiymətləndirməklə yanaşı komandasına inandığını da bildirib:

“Təsadüfi deyil ki, “Qəbələ” ötən mövsüm Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Buna baxmayaraq, mən öz komandama güvənirəm. Doğma meydanda güclü rəqibə qalib gələ bilərik”.

Teodor Vasilizs komandaların şanslarını da dəyərləndirib: “Rəqib kağız üzərində favoritdir.  Bizim də məqsədimiz qələbə qazanmaqdır. Bərabərlik də yaxşı nəticə olardı”.

Qeyd edək ki, bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30