29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Qarabağ"a qarşı ağıllı və diqqətli oynasaq, nəsə edə bilərik"

"Qarabağ"ın topla yaxşı oynadığını bilirik. Texniki cəhətdən güclü komandadır. Ona görə də bizi çox güclü komandaya qarşı çətin oyun gözləyir". Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Düdelanj"ın hücumçusu Deyv Turpel Lüksemburq mətbuatına açıqlamasında deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində bu axşam qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışan 23 yaşlı yaşlı futbolçu rəqibin favorit olduğunu bildirib: "Biz necə müdafiə olunacağımızı bilmək üçün "Qarabağ"ın oyunlarının videoyazılarını izləmişik. Rəqib aşkar favoritdir. Bu müzakirə olunmamalıdır. Elə onların ötən mövsümkü oyunlarının videoyazılarını izləmək kifayət edər. Ancaq yaxşı nəticə qazanmaq üçün hər zaman şans var. Əgər ağıllı və diqqətli oynasaq, nəsə edə bilərik. Biz də bütün mövsüm ərzində yaxşı nəticə qazanmaq üçün çalışmışıq".

Qeyd edək ki, bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Düdelanj" oyunu saat 21:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31